Bank Of Baku

Avropa İttifaqı Somali quldurlarına qarşı hərbi dəniz əməliyyatına qərar verib

Avropa İttifaqı Somali quldurlarına qarşı hərbi dəniz əməliyyatına qərar verib
# 09 dekabr 2008 11:26 (UTC +04:00)
APA-nın Brüsseldəki xüsusi müxbirinin məlumatına görə, qərara əsasən, “Atalanta” adlanacaq əməliyyat BMT Təhlükəsizlik Şurasının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) çərçivəsində yük gəmilərinin mühafizəsini nəzərdə tutan bəzi qətnamələrinin reallaşdırılması məqsədilə keçiriləcək. Əməliyyat çərçivəsində ÜƏP çərçivəsində yüklərin daşınmasında iştirak edən gəmilərdə silahların yerləşdirilməsi, habelə Somali sahillərində naviqasiya zonasında müşahidə aparılması, ticarət gəmilərinin mühafizəsi nəzərdə tutulur.

Əməliyyata rəhbərlik ingilis vitse-admiralı Filip Consa həvalə olunub. Əməliyyatın mənzil-qərargahı isə İngiltərənin Nortvudi şəhərində yerləşəcək.

Avropa Komissiyasının məlumatına görə, dəniz quldurlarının balıqçılıq və ticarət gəmilərinə hücumlarının sayı 2007-ci ildə 17% artıb. Ümumilikdə isə 282 hücum faktı qeydə alınıb. Bununla yanaşı, 10-dək gəmi və 200 dənizçi hələ də quldurların əlindədir. 2007-ci ildə quldurlar gəmi heyətlərinin 20-dək üzvünü öldürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR