Bank Of Baku

Avropa İttifaqı Türkiyəni Ermənistanla yaxınlaşmağa çağırıb

Avropa İttifaqı Türkiyəni Ermənistanla yaxınlaşmağa çağırıb
# 09 dekabr 2008 13:45 (UTC +04:00)
Şura Xorvatiyanın 1 il ərzində gördüyü işləri və apardığı islahatları alqışlamaqla yanaşı, bu ölkənin, xüsusən, məhkəmə, korrupsiya ilə mübarizə, hərbi cinayətlərə görə cəzalandırma, ictimai administrasiya, həmçinin, iqtisadi sahələrdə reformaları sürətləndirməsinin vacibliyini qeyd edib.

Türkiyəyə gəlincə, Şura hesab edir ki, bu ölkə ötən 1 il ərzində lazımi tərəqqi əldə edə bilməyib: “Təəssüflə qeyd etməliyik ki, Türkiyə ötən 1 il ərzində yalnız siyasi sahəni əhatə edən məhdud tərəqqiyə nail olub”.

Şura Türkiyənin Aİ üçün strateji əhəmiyyətini qeyd etməklə yanaşı, rəsmi Ankaranın Cənubi Qafqaz və Mərkəzi Şərqdəki diplomatik təşəbbüslərini də alqışlayıb. Bundan başqa, Şura Türkiyəni Ermənistanla yaxınlaşmağa çağırıb.

Nazirlər bildiriblər ki, Türkiyə məhkəmə, korrupsiya ilə mübarizə və insan haqları, işgəncələr və məhbuslara münasibət, hüquq və azadlıqlar, xüsusən söz və etiqad azadlıqları sahəsində islahatlar istiqamətində hələ çox iş görməlidir.

Şura həmçinin hesab edir ki, Türkiyə Kiprlə münasibətlərin yaxşılaşması istiqamətində də gözlənilən tərəqqiyə nail ola bilməyib. Yaxın vaxtlarda belə bir nailiyyətin əldə olunacağına inam ifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR