Bank Of Baku

Avropa Komissiyası Rusiya və Ukraynanı qaz nəqli ilə bağlı mübahisəni qısa müddətdə həll etməyə çağırıb

Avropa Komissiyası Rusiya və Ukraynanı qaz nəqli ilə bağlı mübahisəni qısa müddətdə həll etməyə çağırıb
# 10 dekabr 2008 14:08 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. “Rusiya ilə Ukrayna arasında mavi yanacaqla bağlı mübahisələr bu ölkələrin reputasiyasına uyğun gəlmir”. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu fikirləri Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının nümayəndəsi Fernan Tarradellas Espuni söyləyib. O analoji vəziyyətin artıq hər il təkrarlandığına diqqət çəkib: “Artıq üçüncü dəfədir ki, mavi yanacağa tələbatın artdığı qış mövsümü ərəfəsində analoji problem təkrarlanır. Bu hal əlbəttə ki, nə mavi yanacaq ixrac edən Rusiyanın, nə də qaz alıcısı olan Ukraynanın imicinə uyğun gəlmir”. Fernan Tarradellas Espuni Avropa Komissiyasının Nəqliyyat və Energetika Direktorluğu nümayəndələrinin hər iki ölkənin energetika qurumlarının təmsilçiləri ilə görüşdüyünü bildirib: “Avropa Komissiyası tərəfləri qısa müddət ərzində problemin həlli yolunu tapmağa çağırıb. Ümidvarıq ki, Rusiya ilə Ukrayna arasında mübahisə Avropaya qaz nəqlinə təsirsiz ötüşəcək”. Diplomat Avropa İttifaqı ölkələrinin mavi yanacaqla təminatı ətrafında vəziyyətin dəyərləndirilməsi üçün yanvarın 9-da Avropa Komissiyası Qaz Koordinasiya Qrupunun toplantısının keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR