Bank Of Baku

Marti Axtisaariyə Nobel Sülh Mükafatı təqdim olunub

Marti Axtisaariyə Nobel Sülh Mükafatı təqdim olunub
# 10 dekabr 2008 16:18 (UTC +04:00)
Oslo-APA. Osloda Finlandiyanın sabiq prezidenti Marti Axtisaariyə Nobel Sülh Mükafatının təqdim olunması mərasimi keçirilib. APA-nın məlumatına görə, sabiq prezident Nobel Komitəsinin təsis etdiyi diplom və medalla təltif olunub. Mərasimə Norveç kralı V Harald və kraliça Sonya da qatılıblar. Bundan başqa Marti Axtisaari 1,23 milyon dollar dəyərində pul mükafatı da alacaq. Finlandiyanın sabiq prezidenti bu yüksək mükafata beynəlxalq münaqişələrin həllində göstərdiyi xidmətlərə görə layiq görülüb. Marti Axtisaarinin Nobel Sülh Mükafatına layiq görülməsi onun Kosovo münaqişəsinin həllində oynadığı rolla bağlıdır. Sülh mükafatının sabiq prezidentə verilməsi Serbiya və Rusiyada ciddi narazılığa səbəb olub. Onlar Kosovonun Serbiyanın tərkibindən ayrılması planının müəllifinə bu cür ali mükafatın verilməsini yolverilməz hesab edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR