Bank Of Baku

İsveçrənin 2009-cu il üçün prezidenti müəyyənləşib

İsveçrənin 2009-cu il üçün prezidenti müəyyənləşib
# 11 dekabr 2008 07:48 (UTC +04:00)
Bern – APA. İsveçrə parlamentinin hər iki palatası ölkənin 2009-cu il üçün prezidentini müəyyənləşdirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu vəzifəyə Hans-Rudolf Merts seçilib. H. R. Merts həm maliyyə naziri, həm də vitse-prezident vəzifəsini tuturdu. O, yanvarın 1-də prezident kreslosunu Paskal Kuşpendən təhvil alacaq. Vitse-prezident vəzifəsinə isə Federal İqtisadiyyat Departamentinin rəhbəri Doris Loytard seçilib.
Xatırladaq ki, İsveçrədə prezident hər il rotasiya qaydasında hökumətin (Federal Şura) 7 üzvü arasından müəyyənləşdirilir. Prezident hökumətin iclaslarına sədrlik edir və heç bir əlavə səlahiyyəti yoxdur. Hökumətin bütün üzvləri eyni hüquqludur və qərarlar kollegial qaydada qəbul edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR