Bank Of Baku

Avropa İttifaqı Prezidentliyi “Memorial” təşkilatının ofisində axtarış aparılması ilə bağlı bəyanat yayıb

Avropa İttifaqı Prezidentliyi “Memorial” təşkilatının ofisində axtarış aparılması ilə bağlı bəyanat yayıb
# 11 dekabr 2008 08:16 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqı Prezidentliyi Sankt-Peterburqda “Memorial” təşkilatının ofisində axtarış aparılmasından narahatlığını bəyan edib. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, bununla əlaqədar yayılmış bəyanatda bildirilir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyi ərəfəsində belə bir addım atılması neqativ siqnaldır. Avropa İttifaqı Rusiya hakimiyyətini Stalin rejiminin qurbanlarının xatirəsini yaşatmaqla məşğul olan və fəaliyyəti bütün dünyada təqdirlə qarşılanan “Memorial” təşkilatının sərbəst fəaliyyətinə şərait yaratmağa çağırıb.

Qeyd edək ki, dekabrın 4-də “Memorial”ın Sankt-Peterbirq bölməsinin ofisində axtarış zamanı təşkilatın bütün kompüterləri müsadirə olunub. Axtarış “Memorial” təşkilatının “Yeni Peterburq” qəzetinə sponsorluq etməsini təsdiqləyən sənədlərin əldə olunması ilə əsaslandırılıb. Qeyri-rəsmi səbəb olaraq isə Rusiyada qadağan olunmuş “Qiyam. Litvinenko işi” adlı filmin noyabrın 20-də “Memorial” təşkilatının ofisində nümayiş etdirilməsi göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR