Bank Of Baku

“Gillette”in reklamı ilin ən pis çarxı elan olunub

“Gillette”in reklamı ilin ən pis çarxı elan olunub
# 11 dekabr 2008 14:35 (UTC +04:00)
London-APA. “Campaign” jurnalı “Gillette” şirkətinin tennisçi Roje Federer, qolf ustası Tayqer Vuds və futbolçu Tyerri Anrinin iştirakı ilə çəkdirdiyi reklam çarxını ilin ən pis reklam çarxı adlandırıb. APA-nın məlumatına görə, jurnal qeyd edib ki, Vuds, Federer və Anrinin reklam kampaniyasına cəlb olunması “Gillette” şirkətinə milyonlarla funt sterlinqə başa gəlsə də, reklam çox uğursuz alınıb. “Campaign” jurnalının hazırladığı ən pis reklam çarxlarının reytinq cədvəlində “Specsavers” optika mağazaları şəbəkəsi, “Country Life” ərzaq məhsulları, “Premier Inns” otellər zənciri və “Renault” avtomobili haqqında çəkilmiş çarxlar da yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR