Bank Of Baku

“Al-Qaida”nın canlı əfsanəsi həbs olunub

“Al-Qaida”nın canlı əfsanəsi həbs olunub
# 12 dekabr 2008 07:35 (UTC +04:00)
Brüssel-APA. Belçika hüquq-mühafizə orqanları “Al-Qaida” terror təşkilatının canlı əfsanəsi Malikə əl-Arudu həbs ediblər. APA-nın məlumatına görə, “Al-Qaida” terror təşkilatının liderlərindən birinin dul xanımı olan Malikə əl-Arud xüsusi əməliyyat zamanı ələ keçirilib. O, Qərb dövlətlərinə qarşı təbliğat aparmaqda, terror təşkilatının sıralarına yeni adamlar cəlb etməkdə günahlandırılır. Qeyd edək ki, dünən Brüsseldə “Al-Qaida” ilə əməkdaşlıqda ittiham olunan daha 13 nəfər həbs olunub. Malikə əl-Arudun Əfqanıstana gedərək “Taliban” qüvvələrinin tərkibində koalisiya qüvvələrinə qarşı əməliyyatlarda iştiraka hazırlaşdığı da müəyyənləşib. Qeyd edək ki, həbs olunan mərakeşli qadın terrorçunun həyat yoldaşı Əhməd Əbdülsəttar Əfqanıstanda Şimal Alyansının lideri Əhməd şah Məsuda sui-qəsd təşkil edən şəxslərdən biridir. Sui-qəsd zamanı Əhməd Əbdülsəttarın özü də həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR