Bank Of Baku

İrlandiya Lissabon sazişinə qoşulmaqla bağlı yeni referendum keçirməyə razılıq verib

İrlandiya Lissabon sazişinə qoşulmaqla bağlı yeni referendum keçirməyə razılıq verib
# 12 dekabr 2008 15:19 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqının güzəştləri müqabilində İrlandiya 2009-cu ilin oktyabr ayına kimi Lissabon sazişinə qoşulmaqla bağlı referendum keçirəcək. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı sammiti başa çatdıqdan sonra quruma sədrlik edən Fransanın prezidenti Nikola Sarkozi keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Lissabon sazişi bütün iştirakçı ölkələr tərəfindən ratifikasiya olunacağı təqdirdə Avropa İttifaqına üzv bütün ölkələr Avropa Komissiyasında komissar postunda təmsil olunacaqlar. Nikola Sarkozi Aİ liderlərinin İrlandiya vətəndaşlarını narahat edən bir sıra məsələlərin həlli ilə bağlı öz üzərinə öhdəlik götürdüyünü bildirib. Bu öhdəliklər İrlandiyanın neytral statusunun saxlanması, ölkənin müstəqil vergi siyasəti, xarici siyasət və ailə siyasəti yürütməsi ilə bağlıdır.

Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrdən yalnız İrlandiya Lissabon sazişini ratifikasiya etməyib. İyunun 12-də keçirilən referendumda İrlandiya vətəndaşlarının 53 faizi sazişin əleyhinə çıxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR