Bank Of Baku

Nikola Sarkozi: “Enerji daşıyıcılarının qiymətinin 2-3 faiz bahalaşması belə sosial nöqteyi-nəzərdən yolverilməzdir”

Nikola Sarkozi: “Enerji daşıyıcılarının qiymətinin 2-3 faiz bahalaşması belə sosial nöqteyi-nəzərdən yolverilməzdir”
# 12 dekabr 2008 15:58 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqı sammitində 2020-ci ilə kimi atmosferə buraxılan karbon tullantılarının miqdarının azaldılması barədə müəyyənləşdirilmiş məqsədlərin dəyişilməz saxlanması barədə qərar qəbul olunub. APA-nın Brüsseldəki müxbirinin verdiyi məlumata görə, sammit başa çatdıqdan sonra mətbuat konfransı keçirən Fransa prezidenti Nikola Sarkozi dünyada yalnız Avropa ölkələrinin iqlimin qorunması ilə bağlı öz üzərinə məcburi öhdəliklər götürdüyünü bildirib. Sammitdə müzakirələr zamanı Aİ üzvü olan Şərqi Avropa ölkələrinə müəyyən güzəştlər edilməsinə qərar verilib. Nikola Sarkozi əsas güzəştlərin ölkə iqtisadiyyatının 95 faizi daş kömürdən asılı olan Polşaya ediləcəyini bildirib. Fransa prezidentinin sözlərinə görə, Avropa İttifaqının digər ölkələrində tətbiq olunan sxemlər Polşaya da tətbiq olunarsa, enerji istehlakçıları üçün qiymətlər 2-3 faiz bahalaşmış olacaq: “Bu sosial nöqteyi-nəzərdən yolverilməzdir”. Qeyd edək ki, Avropa İttifaqı ötən ilin martında 2020-ci ilə kimi atmosferə karbon tullantılarının miqdarını 20 faiz azaltmaq barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR