Bank Of Baku

İsveçrə Gürcüstanda Rusiyanın maraqlarını təmsil edəcək

İsveçrə Gürcüstanda Rusiyanın maraqlarını təmsil edəcək
# 13 dekabr 2008 11:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bundan sonra Rusiyanın Gürcüstandakı maraqlarını İsveçrə Konfederasiyası təmsil edəcək. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Rusiya və İsveçrə xarici işlər nazirləri Serqey Lavrov və Mişlin Kalmi-Rey Moskvada bununla bağlı hökumətlərarası saziş imzalayıblar. Razılığa əsasən İsveçrənin Tiflisdəki səfirliyində Rusiya Federasiyasını təmsil edəcək xüsusi bölmə yaradılacaq.

Xatırladaq ki, bu ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş vermiş hərbi münaqişədən sonra iki ölkə arasında diplomatik əlaqələr pozulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR