Bank Of Baku

General Vəli Kiçik: “Terrorçularla savaşmaq, Türkiyəyə qarşı oynanan oyunları ifşa etmək cinayətdirsə, onda mən cinayətkaram”

General Vəli Kiçik: “Terrorçularla savaşmaq, Türkiyəyə qarşı oynanan oyunları ifşa etmək cinayətdirsə, onda mən cinayətkaram”
# 15 dekabr 2008 11:52 (UTC +04:00)
İstanbul – APA. Türkiyədə “”Ergenekon” işi” ilə bağlı həbs olunmuş istefada olan general Vəli Kiçik məhkəmə prosesində müdafiə çıxışı edib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, V. Kiçik çıxışına belə başlayıb: “İllərdir uydurulan yalan və yanlışlarla dolu ssenarilərdə baş rollarda oynadılan Vəli Kiçik olaraq deyil, cümhuriyyət qanunlarına bağlılığı və hər cür qanunsuz əməllərlə qanuni yolla mübarizə aparmış Vəli Kiçik olaraq uca məhkəməni və tarix üçün qeyd götürən hər kəsi hörmətlə salamlayıram”. O, tragikomik adlandırdığı cinayət işində müttəhim olmaqdan həm üzüntü, həm də məmnunluq və qürur duyduğunu deyib: “Müttəhim olmaqdan ona görə məmnunam ki, illər boyunca üzərimə atılan çamurları təmizləmək və uca məhkəmənin hüzurunda millətimə həqiqətləri anlatmaq fürsəti əldə etmişəm. Bu məhkəmə vasitəsilə türk gəncliyi iftira və qarayaxma kampaniyalarının hansı ssenarilərə aparıldığını öyrənməkdə, millətini və məmləkətini sevməkdən başqa günahı olmayan məsum insanların cani, qaçaqmalçı, şantajçı, terrorçu kimi necə qələmə verildiyini anlamaqdadır”.

V. Kiçik üzüntüsünün səbəbini isə bu cür açıqlayıb: “Ona görə üzgünəm ki, bu gülünc oyunda başda Türk Silahlı Qüvvələri olmaqla, Türkiyə Cümhuriyyətini ayaqda tutan qurumlar hədəfə alınıb. Ürəyində vətən, bayraq və millət sevgisindən başqa heç bir çürük inanc olmayan insanların gülünc yalanlarla ittiham edilməsi bu qədər asan olmamalıydı. Cümhuriyyətin təməl prinsiplərini həzm edə bilməyən qaranlıq qüvvələrin ona müxalif olan hər təbəqəni susdurmaq məqsədilə dövlətin imkanlarından istədikləri kimi istifadə etmələrinə imkan verilməməliydi”.

Buna baxmayaraq, məhkəmə qarşısında dayanmaqdan qürur duyduğunu da vurğulayan V. Kiçik hərbi andına uyğun olaraq dövlətə, millətə, cümhuriyyətə hər zaman sadiq qaldığını bildirib. General həm Türkiyəni parçalamaya çalışan, həm də dünyəvi cümhuriyyəti yıxmaq istəyənlərin ondan intiqam aldıqlarını bəyan edib: “Əslində hədəfə götürülən mən və mənim kimilər deyil, bizim vasitəmizlə dünyəvi cümhuriyyət rejimi və onun dəyərləridir. Bu dəyərlər, böyük Atatürkün rejimi əmanət etdiyi və bu vəzifəni sona qədər yerinə yetirmək əzmində olan qurumlar buxarlanmağa davam etdikcə cümhuriyyət rejimi də, dövlət də, millət də yox olacaq və tarix səhnəsindən silinəcək”.

Terror təşkilatı qurmaqda ittiham olunan V. Kiçik əslində terrorçularla qanun çərçivəsində savaşdığını söyləyib: “Türkiyə Silahlı Qüvvələrinin hər qəhrəman mənsubu kimi, mən də illər boyunca terrorçularla savaşdım. Bu cinayətdirsə, onda mən də bu cinayətkarlardan biriyəm. Beynəlxalq aktyorların “erməni soyqırımı” uydurmasına əlavə olaraq yunan - Pontus soyqırımı yalanını və Qara dəniz bölgəsində bu istiqamətdə casusluq fəaliyyətini ifşa etmək cinayətdirsə, onda əsas cinayətkarlardan biri mənəm. Ölkəmizə qarşı oynanan oyunları və bu oyuna alət olanları ifşa etmək cinayətdirsə, yenə bu cinayəti törədənlərdən biri mənəm”.

İttihamnamədə “terror təşkilatı” kəlməsinin türk millətinin Kəbəsi “Ergenekon”la yan-yana keçdiyinə də diqqət çəkən general bunda özünün qəbahəti olmasa da, türk millətindən üzr istədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR