Bank Of Baku

Vəli Kiçik: “PKK kürd yox, erməni problemidir”

Vəli Kiçik: “PKK kürd yox, erməni problemidir”
# 15 dekabr 2008 14:18 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən yaydığı məlumata görə, V. Kiçik deyib ki, “Ergenekon” məsələsinə dair təhqiqat hələ Ədalət və İnkişaf Partiyasının (AKP) yaradılmasından əvvəl başlasa da, əməliyyata Rəcəb Tayyib Ərdoğanın 2007-ci il noyabrın 5-də Ağ Evdə Corc Buşla görüşündə aldığı təlimatdan sonra start verilib. O, əleyhinə ifadə verən gizli şahidlərin PKK, DHKP-C və “Hizbullah” kimi terror təşkilatlarının üzvləri olduğunu söyləyib və bu ifadələrdəki ittihamları rədd edib. General sərhəd bölgələrində uzun müddət qoşunlara komandanlıq etdiyini və türklərlə kürdlərin qardaşlığını müdafiə etdiyini vurğulayıb: “PKK-nın kürdləri təmsil etmədiyini, Türkiyənin şərq probleminin əslində erməni problemi olduğunu anlatdım. Təbii ki, bunlar bəzilərinin xoşuna gəlməsi və ona görə burdayam”.

Qeyd edək ki, V. Kiçiyin çıxışı 101 səhifədən ibarət olub. Generalın vəkili qızı Zeynəbdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR