Bank Of Baku

Avropa Komissiyası Rusiyanın OPEC-ə qoşulması versiyasını şərh etməyib

Avropa Komissiyası Rusiyanın OPEC-ə qoşulması versiyasını şərh etməyib
# 15 dekabr 2008 14:18 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa Komissiyası Rusiyanın Neft İxrac Edən Ölkələrin Birliyi (OPEC) təşkilatına qoşulması variantını hələlik şərh etməyib. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, Avropa Komissiyasının nümayəndəsi Ferran Tarradellas Espuni bildirib ki, ortada fakt olmadığına görə, bu məsələ şərh edilmir. Avropa Komissiyasının kartellərə münasibətini açıqlayan nümayəndə qeyd edib ki, təmsil etdiyi qurum bazarların açıq və şəffaf olmasına tərəfdardır. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev dekabrın 12-də verdiyi bəyanatda ölkənin gələcəkdə OPEC-ə qoşulmasının istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR