Bank Of Baku

General Vəli Kiçik məhkəmədə Azərbaycandan danışıb

General Vəli Kiçik məhkəmədə Azərbaycandan danışıb
# 15 dekabr 2008 15:07 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, V. Kiçik təqaüdə çıxdıqdan sonra məşğul olduğu işlər haqqında məhkəmə heyətinə məlumat verib. O, türk dünyası ilə əlaqəli işlər gördüyünü, Dünya Azərbaycanlıları Konqresinin üzvü olduğunu və bu qurumun Avropada keçirilən toplantılarına qatıldığını deyib. Almaniyadakı toplantıların birində DAK-a sədr seçildiyini söyləyən general bildirib ki, təşkilata Türkiyədən qatılan yeganə üzv olduğu üçün yarana biləcək çətinliklər səbəbi ilə London Universitetində çalışan Qulamrza Səbri Təbrizinin xeyrinə bu vəzifədən imtina edib: “Amma ittihamnamədə Qulamrza Səbri Təbrizinin adı da şifrə kimi keçib”.
V. Kiçik gizli ordu qurmağa çalışdığına dair ittihama da cavab verib. O bəyan edib ki, belə bir niyyəti olsaydı, bunu təqaüdə çıxmadan həyata keçirərdi: “Mənim Türkiyədə 10 min ədəd hərbi papaq sifariş etdiyim, amma pulum olmadığı üçün eyni sifarişi Azərbaycanda verdiyim deyilir. Sanki Azərbaycanda pulsuz istehsal olunur. Sonra Ankarada 10 min nəfəri toplayıb, papaqları onlara paylayaraq istefada olan ordu generalı Xurşid Tolon və digərlərinin başçılığı ilə Böyük Millət Məclisinə yürük təşkil edəcəyim, bu qrupu görən əsgərlərin kənara çəkiləcəyi və beləliklə, parlamenti ələ keçirəcəyimiz iddia edilir. Bu iddialar absurddur”.
Qeyd edək ki, məhkəmə prosesi İstanbul ətrafında, Silivri qəsəbəsi ərazisindəki həbsxanada keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR