Bank Of Baku

Rumıniyanın beş gün əvvəl təyin olunmuş baş naziri istefa verib

Rumıniyanın beş gün əvvəl təyin olunmuş baş naziri istefa verib
# 15 dekabr 2008 16:56 (UTC +04:00)
Buxarest-APA. Rumıniyanın baş naziri Teodor Stoloyan bu posta təyin olunduqdan 5 gün sonra hökumət başçısı vəzifəsindən istefa verib. APA-nın məlumatına görə, prezident Trayan Basesku yeni hökumətin formalaşdırılmasını liberal-demokratların 42 yaşlı lideri Emilya Bokaya həvalə edib. Rumıniya qanunvericiliyinə görə, baş nazir yeni hökuməti 10 gün müddətində formalaşdırmalıdır. Baş nazir və hökumətin tərkibi isə parlament tərəfindən təsdiqlənir. Qeyd edək ki, noyabrın 30-da keçirilən parlament seçkilərində Sosial Demokrat Partiyası və Mühafizəkarlar Partiyasının alyansı qalib gəlsə də, prezident Basesku hökumət formalaşdırmağı seçkilərdə ikinci yeri tutmuş liberal-demokratların təmsilçisi Teodor Stoloyana həvalə edib. 1991-1992-ci illərdə Rumıniya hökumətinə rəhbərlik etmiş Teodor Stoloyanın müxtəlif partiyalar arasında apardığı danışıqların nəticəsi olaraq mühafizəkarlar, sosial-demokratlar və liberal-demokratların iştirakı ilə “Rumıniya naminə tərəfdaşlıq” adlı koalisiya sazişi imzalanıb. Saziş imzalandıqdan sonra Teodor Stoloyan baş nazir postunu gənc siyasətçilərdən birinə həvalə edəcəyini bildirib. Qeyd edək ki, yeni baş nazir Emilya Boka buna qədər Kluj şəhərinin meri vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR