Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni baş direktoru Yukio Amano vəzifəsinin icrasına başlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni baş direktoru Yukio Amano vəzifəsinin icrasına başlayıb
# 02 dekabr 2009 09:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) yeni baş direktoru Yukio Amano vəzifəsinin icrasına başlayıb. APA-nın BMT-nin rəsmi saytına istinadən məlumatına görə, o MAQATE-yə həvalə olunmuş, o cümlədən nüvə silahının yayılmaması, nüvə təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlərin həlli üçün əlindən gələni edəcəyini vəd edib. Amano bu vəzifədə 1997-ci ildən çalışan və səlahiyyət müddəti noyabrın 30-da bitən Məhəmməd əl-Baradeyi əvəz edib. Qeyd edək ki, Yukio Amano 1957-ci ildə yaradılmış MAQATE-nin 5-ci baş direktorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR