Bank Of Baku

İsveçrə prezidenti vəzifəsinə qadın seçilib

İsveçrə prezidenti vəzifəsinə qadın seçilib
# 02 dekabr 2009 13:31 (UTC +04:00)
Bakı – APA. İsveçrə tarixində üçüncü dəfə ölkə prezidenti vəzifəsinə qadın seçilib. APA-nın məlumatına görə, bu, iqtisadiyyat naziri Doris Loytarddır.

İsveçrə parlamentinin - Federal Məclisin 183 üzvündən 158-i D.Loytardın prezident seçilməsinin lehinə səs verib. O, səlahiyyətlərinin icrasına 2010-cu ildən başlayacaq.

İsveçrədə prezident Nazirlər Kabinetinin – Federal Şuranın tərkibindən 1 il müddətinə seçilir.

Parlamentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, İsveçrə tarixində ilk dəfə ölkənin üç əsas postuna qadınlar rəhbərlik edir. D.Loytarddan əvvəl Federal Məclisin hər iki palatasının sədri qadın seçilib. Paskal Bruderer Viss Milli Şuranın, Erika Forster-Vannini Kantonlar Şurasının sədridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR