Bank Of Baku

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu İsveçrədə minarələrə qadağa qoyulmasını pisləyib

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu İsveçrədə minarələrə qadağa qoyulmasını pisləyib
# 04 dekabr 2009 13:14 (UTC +04:00)
Bakı – APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) bu yaxınlarda İsveçrədə keçirilmiş referendum nəticəsində hökumətin minarələrin tikilməsinə qoyduğu qadağaya etiraz bildirilən bəyanatla çıxış edib. Qurumun media departamentindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, İsveçrə hökumətinin rasist xarakterli təşəbbüsün referenduma çıxarılmasından öncə əhali arasında lazımi təbliğat işləri aparmaması təəssüf doğurur: “Nəticədə bu ölkədə yaşayan və hüquqları kobud şəkildə pozulmuş 300 min müsəlman islamofobiya aktı ilə üzləşib, sivilizasiyalararası dialoq prosesinə zərbə vurulub. İKT ölkələrində fəaliyyət göstərən, o cümlədən dünyada yaşayan müsəlman azlıqları təmsil edən gənclərin maraqlarını müdafiə edən DƏ-İKGF dinlərarası münasibətlərə neqativ təsir göstərən bu aktı pisləyir”.

DƏ-İKGF BMT İnsan Haqları Şurasına insan haqlarının pozulmasına yönəlmiş məsələlərin referendum vasitəsilə həllinə qarşı müvafiq qətnamənin qəbul edilməsi təklifi ilə müraciət edib. Forum İsveçrədə yaşayan müsəlmanların hüquqlarının qorunması ilə bağlı lazımi hüquqi və siyasi addımları həyata keçirmək üçün İslam Konfransı Təşkilatını, üzv ölkələri və ixtisaslaşmış təşkilatları bu istiqamətdə səylərini gücləndirməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR