Bank Of Baku

Rumıniyanın keçirilən prezident seçkilərində Mirça Coanenin qalib gəldiyi açıqlanıb

Rumıniyanın keçirilən prezident seçkilərində Mirça Coanenin qalib gəldiyi açıqlanıb
# 07 dekabr 2009 07:33 (UTC +04:00)
Bakı – APA. Dekabrın 6-da Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hər iki namizəd – indiki prezident Trayan Besesku və sosial-demokratların lideri Mirça Coane özünü qalib elan edib. Ölkənin aparıcı sosioloji tədqiqat mərkəzləri M. Coanenin qələbə çaldığını açıqladıqdan sonra T. Besesku öz qələbəsinə əmin olduğunu söyləyərək tərəfdarlarını sakitliyə və rəsmi nəticələri gözləməyə çağırıb. M. Coanenin qərargahında isə qələbəni qeyd etməyə başlayıblar. O, televiziya müraciətində seçicilərə və silahdaşlarına təşəkkür edib.

Qeyd edək ki, sosioloji tədqiqat şirkətlərindən İNSOMAR M. Coanenin 51,6%, CCSB 51,2%, CURS isə 50,8% səs aldığını açıqlayıb. MSK səsvermədə seçicilərin 56,99%-nin iştirak etdiyini bildirib. Xatırladaq ki, seçkilərin ilk turu noyabrın 22-də keçirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR