Bank Of Baku

Rumıniyada keçirilən prezident seçkilərində Trayan Besesku cüzi fərqlə önə çıxıb

Rumıniyada keçirilən prezident seçkilərində Trayan Besesku cüzi fərqlə önə çıxıb
# 07 dekabr 2009 10:58 (UTC +04:00)
Bakı – APA. Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda indiki dövlət başçısı Trayan Besesku liderlik edir. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 95,4%-nin nəticələrinin açıqlayıb. Buna əsasən T. Besesku 50,43%, onun rəqibi, Sosial-Demokrat Partiyasının lideri Mirça Coane isə 49,57% səs toplayıb.

Xatırladaq ki, dekabrın 6-da axşam hər iki namizəd özünü qalib elan edib. Ölkənin aparıcı sosioloji tədqiqat mərkəzləri M. Coanenin az fərqlə qəlib gəldiyini açıqladıqdan sonra sosial-demokratların lideri öz tərəfdarlarına və seçicilərə təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR