Bank Of Baku

Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələri 2010-cu il üçün işçi proqramı təsdiqləməyi planlaşdırırlar

Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələri 2010-cu il üçün işçi proqramı təsdiqləməyi planlaşdırırlar
# 08 dekabr 2009 13:03 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqı (Aİ) və «Şərq Tərəfdaşlığı» ölkələri 2010-cu il üçün işçi proqramı təsdiqləməyi planlaşdırır. APA-nın Brüssel müxbirinə Avropa Komissiyasında verilən məlumata görə, həmin proqram bu gün Brüsseldə Aİ-ə üzv və «Şərq Tərəfdaşlığına» üzv ölkələrin xarici işlər nazirlərinin iclasında təsdiqlənəcək. Gələn il «Şərq Tərəfdaşlığı»na üzv 5 ölkə ilə assosiasiya sazişi üzrə danışıqlara başlanacaq, hazırda belə danışıqlar Ukrayna ilə aparılır. Aİ-nin xarici siyasi əlaqələr, Avropa qonşuluq siyasəti və ticarət məsələləri üzrə komissarı Benita Ferrero-Valdner deyib: «Birgə öhdəliklər və bütün tərəfdaşların səyi nəticəsində «Şərq Tərəfdaşlığı» çox uğurlu start götürüb. Qısa müddət ərzində ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşməsi və möhkəmlənməsi istiqamətində biz mühüm işlər görmüşük». 2010-cu ilin əvvəlində Aİ «Şərq Tərəfdaşlığı» ölkələrində institusional quruculuq sahəsində yardım proqramını həyata keçirməyə başlayacaq. Bunun üçün bütün ölkələrə ekspertlər göndəriləcək. Onlar bu məsələdə hər ölkənin ehtiyaclarını öyrənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR