Bank Of Baku

Bu il 66 PKK terrorçusu öldürülüb, 103-ü yaxalanıb, 149-u təslim olub

Bu il 66 PKK terrorçusu öldürülüb, 103-ü yaxalanıb, 149-u təslim olub
# 08 dekabr 2009 14:42 (UTC +04:00)
Bakı – APA. Dekabrın 7-də baş verən və 7 türk əsgərinin şəhid olması ilə nəticələnin terror aksiyası PKK-nın bu il törətdiyi 679-cu terakt olub. APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin saytında əksini tapan rəqəmlərə əsasən bu il ərzində PKK-nın hücumları nəticəsində 54 hərbçi, dövlətin silahlandırdığı yerli özünümüdafiə dəstələrinin 6 üzvü və 14 mülki şəxs həlak olub. 84 hərbçi, özünümüdafiə dəstələrinin 4 üzvü və 16 mülki şəxs isə yaralanıb.

Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlar zamanı 66 terrorçu məhv edilib, 103 terrorçu yaxalanıb. 149 terrorçu isə könüllü təslim olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR