Bank Of Baku

Türkiyə XİN ABŞ-dakı səfirin istefası ilə bağlı rəsmi açıqlama yayıb

Türkiyə XİN ABŞ-dakı səfirin istefası ilə bağlı rəsmi açıqlama yayıb
# 10 dekabr 2009 07:34 (UTC +04:00)
APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi məlumata görə, açıqlamada deyilir: “Amerikadakı səfirimiz, hörmətli Nəbi Şənsoy dekabrın 8-də mərkəzə təyin olunmaq istədiyini bildirib. Onun bu tələbi qəbul edilib”.

Xatırladaq ki, N. Şənsoyun istefasına onunla xarici işlər naziri Əhməd Davudoğlu arasında baş vermiş narazılıq səbəb olub. Belə ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərindən əvvəl Türkiyə XİN səfir N. Şənsoya Ərdoğan-Obama görüşünə xarici siyasət idarələri rəhbərlərinin də qatılmasını təmin etmək və Ankaranın bu istəyini ABŞ tərəfinə çatdırmaq barədə təlimat verib. Lakin Ağ Evdəki görüş Türkiyənin istədiyi formatda gerçəkləşməyib. Ə. Davudoğlu N. Şənsoydan sərt tonda “Türkiyədəki görüşə xarici işlər nazirləri də qatılmışdı. Siz bu istəyimizi Ağ Evə çatdırmadınızmı?” deyə soruşub. Nazirin səs tonundan narahat olan səfir ”Xeyr, çatdırmadıq. İstəyirsiniz məni bu vəzifədən çıxarın”, cavabını verib. Bu dialoqdan sonra N. Şənsoy istefa ərizəsi yazıb.

Qeyd edək ki, N. Şənsoy 1945-ci ildə İstanbulda dünyaya gəlib. İngilis liseyini və Ankara Universitetini bitirib. 1970-ci ildə diplomatik fəaliyyətə başlayıb. 1988-ci ildə prezident Turqut Özalın şəxsi köməkçisi olub. Türkiyənin İspaniyada, Rusiyada səfiri vəzifələrində çalışdıqdan sonra 2006-cı ilin yanvarında ABŞ-a səfir göndərilib. N. Şənsoyun təqaüdə çıxmasına 3 ay qalırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR