Bank Of Baku

Dəniz Bölükbaşı: “Səfir Nəbi Şənsoyun istefasına nələrin səbəb olduğunu parlamentdə açıqlayacağıq”

Dəniz Bölükbaşı: “Səfir Nəbi Şənsoyun istefasına nələrin səbəb olduğunu parlamentdə açıqlayacağıq”
# 10 dekabr 2009 10:00 (UTC +04:00)
Bakı – APA. “Səfir Nəbi Şənsoyun istefasına nələrin səbəb olduğunu dekabrın 19-da Xarici İşlər Nazirliyinin büdcəsi parlamentdə müzakirə edilərkən açıqlayacağıq”. APA-nın xəbərinə görə, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, millət vəkili, sabiq diplomat Dəniz Bölükbaşı “Vatan” qəzetinə açıqlamasında deyib. Səfirlə əlaqə saxlayıb-saxlamadığı barədə suala D. Bölükbaşı “əlbəttə, o mənim 30 illik dostumdur”, cavabını verib.

Keçmiş diplomatın fikrincə, indiki hökumətin baş naziri və nazirləri dövlət ənənələrinə yabançı olan siyasi düşüncənin təmsilçiləridir: “Şənsoyun istefası da bu düşüncəyə bir etirazdır. İstefanın səbəbini ondan yox, Əhməd Davudoğlundan soruşun. Davudoğlu guya akademik-elmi mühitin təmsilçisidir. Hər şeyi bildiklərini zənn edirlər, əslində bilmirlər. Türkiyə qəbilə dövləti deyil. Bunu anlamayıblar. Nəbi Şənsoy istefası ilə bəlkə bunu anlamalarına yardımçı olub. Baş nazir sərsəri mina kimidir, hara çırpılacağı bəlli deyil”.

D. Bölükbaşının sözlərinə görə, Ə. Davudoğlunun da bu hökumətin digər təmsilçilərindən fərqinin olmadığı üzə çıxıb: “Orada nələr yaşandığını şəxsən Davudoğlundan soruşacağıq, sonra özümüz danışacağıq. Bunu dekabrın 19-da nazirliyin büdcəsi müzakirə olunarkən parlamentin iclas zalında Davudoğlunun gözlərinə baxaraq anladacağıq. Hörmətli Davudoğlu hazır olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR