Bank Of Baku

Türkiyədə “donuz qripi”ndən ölənlərin sayı 353-ə çatıb

Türkiyədə “donuz qripi”ndən ölənlərin sayı 353-ə çatıb
# 10 dekabr 2009 14:26 (UTC +04:00)
Bakı – APA. Türkiyədə A/H1N1 virusu (“donuz qripi”) nəticəsində ölənlərin sayı 353-ə çatıb. APA-nın xəbərinə görə, Türkiyə Səhiyyə Nazirliyi son üç gündə qrip pandemiyasından 57 nəfərin öldüyünü açıqlayıb. Açıqlamada hazırda eyni diaqnozla xəstəxanalarda 306 xəstənin müalicə olunduğu, bu xəstələrdən 98-nin reanimasiyada yatdığı, 102 nəfərin isə süni nəfəsalma aparatına qoşulduğu bildirilir.

Nazirlik onu da əlavə edib ki, ölənlərin 35%-i (121 nəfər) yaşı 50-dən az olan və daha əvvəl ciddi xəstəliyə yoluxmamış şəxslərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR