Bank Of Baku

PKK Tokatda 7 türk əsgərinin şəhid olması ilə nəticələnən terror aksiyasına görə məsuliyyəti öz üzərinə götürüb

PKK Tokatda 7 türk əsgərinin şəhid olması ilə nəticələnən terror aksiyasına görə məsuliyyəti öz üzərinə götürüb
# 10 dekabr 2009 15:04 (UTC +04:00)
Bakı – APA. PKK terror təşkilatı dekabrın 7-də Türkiyənin Tokat rayonu ərazisində 7 əsgərin şəhid olması və 3 əsgərin yaralanması ilə nəticələnən terror aksiyasına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə xəbər terror təşkilatına yaxınlığı ilə tanınan “Fırat” agentliyinin saytında yayılıb. Xəbərdə bildirilir ki, PKK-nın “fədai”ləri olan “Xalq Müdafiə Qüvvələri” bu aksiyanı mərkəzi qərargahdan təlimat almadan öz təşəbbüsləri ilə törədiblər.

Qeyd edək ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi liderləri və hökumətə yaxın olan mətbuat bu aksiyanı terror təşkilatı adlandırdıqları “Ergenekon”un törədə biləcəyinə eyham vururdular. Onların məntiqinə görə, “Ergenekon”un məqsədi hökumətin kürd probleminin həllinə dair “demokratik açılım” adlandırılan təşəbbüsünü pozmaq və türk xalqını bu təşəbbüsün əleyhinə qaldırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR