Bank Of Baku

Türkiyədə kömür mədənində baş verən partlayış nəticəsində 19 nəfər ölüb

Türkiyədə kömür mədənində baş verən partlayış nəticəsində 19 nəfər ölüb
# 11 dekabr 2009 07:03 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Bursa vilayətinin Mustafakamalpaşa rayonunun Dəvəçi kəndi ərazisindəki kömür mədənində partlayış baş verib. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, dekabrın 10-da yerli vaxtla saat 19.30-da 250-300 metr dərinlikdə baş verən şiddətli partlayış nəticəsində 19 nəfərin öldüyü açıqlanıb. Partlayışdan sonra mədəndə yanğın başlayıb. İndiyədək mədəndən 4 fəhlə sağ çıxarılıb. Ölənlərdən 6-nın meyitini çıxarmaq da mümkün olub. Olay yerində axtarış-xilasetmə işləri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR