Bank Of Baku

Rumıniyada prezident seçkilərinin nəticələrinə yenidən baxılacaq

Rumıniyada prezident seçkilərinin nəticələrinə yenidən baxılacaq
# 11 dekabr 2009 16:56 (UTC +04:00)
Buxarest-APA. Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin ikinci turunda bülletenlərin sayılması prosesini dayandırıb. APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsi bu addımı Sosial-Demokrat Partiyasından prezidentliyə namizəd Mirça Coannenin seçkilərin nəticələrinin saxtalaşdırıldığına dair bəyanatına cavab olaraq atıb. Hakimlər hesab edir ki, seçkilərdə baş verən qanun pozuntuları boş bülletenlərin namizədlərdən birinin lehinə sayılması ilə əlaqədar ola bilər. Mirça Coanne isə bir insanın bir neçə seçki protokoluna imza atmasına dair minlərlə fakta malik olduğunu bəyan edib. Xatırladaq ki, hazırda bülletenlərin 99, 95 faizi hesablanıb, ilkin nəticələrə görə hazırkı prezident Trayan Besesku 50,33 faiz, sabiq daxili işlər naziri Mirça Coanne isə 49,66 faiz səs toplayıb. Müxalifət dərhal seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan edib. “Exit-poll”un nəticələrinə görə, Mirça Coanne hazırkı prezidentdən ən azı 3 faiz çox səs toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR