Bank Of Baku

Türkiyənin Demokratik Toplum Partiyası qapadıldı - TƏCİLİ XƏBƏR

Türkiyənin Demokratik Toplum Partiyası qapadıldı - <font color=red>TƏCİLİ XƏBƏR</font>
# 11 dekabr 2009 17:31 (UTC +04:00)
DTP dövlətin bütövlüyü və millətin birliyi əleyhinə fəaliyyətin mərkəzinə gəldiyinə görə bütövlükdə bağlanıb. H. Kılıç bildirib ki, qərar rəsmi qəzetlərdə dərc olunandan sonra DTP-nin həmsədrləri, Mərdin millət vəkili Əhməd Türk və Diyarbəkir millət vəkili Aysel Tuğlukun millət vəkilliyinə də son veriləcək.

Bundan başqa, qərara əsasən, Ə. Türk və A. Tuğluk da daxil olmaqla, 37 DTP-liyə 5 il müddətinə siyasətlə məşğul olmaq qadağan edilib.

Terrorla əlaqəsi olan partiyaya təşkilatlanma sərbəstliyi verilməyəcəyini qeyd edən H. Kılıç DTP-nin bütövlükdə bağlanması barədə qərarın Konstitusiyanın 68 və 69-cu maddələrinə əsasən verildiyini açıqlayıb.

Dekabrın 8-də müzakirələrə başlayan Konstitusiya Məhkəməsi 4 gündən sonra yekun qərara gəlib. Konstitusiyaya görə, siyasi partiyanın bağlanması üçün məhkəmənin 11 üzvündən ən az 7-nin səsi tələb olunur.

Qeyd edək ki, baş prokurorluq DTP-nin bağlanması tələbi ilə 2007-ci ilin 16 noyabrında iddia qaldırıb.

Artıq qərara reaksiyalar da var. DTP həmsədri Əhməd Türk baş verənlərin ümidsizliyi dərinləşdirdiyini deyib: “Türkiyənin bir gün sülhə nail olacağına inanırıq. Yaşadığımız ağır dövrün uzanmamasını istəyirik. Lakin Türkiyə partiya bağlamaqla bu problemi həll edə bilməz. Qərarla bağlı partiyamız sabah rəsmi açıqlama yayacaq”.

Ə. Türk əvvəldən verdikləri qərarların arxasında olduqlarını da söyləyib: “Fəaliyyətimizə və millət vəkilliyimizə qadağa qoyulması bizim mübarizədən çəkiləcəyimiz anlamına gəlmir. Əngəllərə baxmayaraq, mübarizəmiz davam edəcək”.

Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) partiyaların bağlanmasına qarşı olduqlarını, partiyaları qapatmaq vəzifəsinin xalqın üzərinə düşdüyünü deyib: “Bununla belə, qərara hörmətlə yanaşırıq”.

Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) isə Konstitusiya Məhkəməsinin düzgün qərar verdiyini açıqlayıb.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalı da hər kəsin qərara hörmətlə yanaşmalı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR