Bank Of Baku

Aytunç Altundal: “DTP ABŞ-ın razılığı ilə qapadılıb”

Aytunç Altundal: “DTP ABŞ-ın razılığı ilə qapadılıb”
# 12 dekabr 2009 11:41 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. “DTP-nin qapadılması sürpriz kimi qarşılanmamalıdır”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında tədqiqatçı-publisist Aytunç Altundal söyləyib.

A.Altundal bildirib ki, Türkiyədə siyasi partiyalar Konstitusiya və qanunlar çərçivəsində hərəkət edərsə, onları qapatmazlar: “Ancaq DTP siyasi partiya kimi yox, təşkilat kimi fəaliyyət göstərirdi. Buna görə də “terror təşkilatı” statusunda yer aldı və qapadıldı. Ancaq bundan sonrakı “açılım” prosesində PKK-nın sonun başlanğıcına gəldiyini deyə bilərik”.

A.Altundal DTP-nin məhz baş nazir Ərdoğanın ABŞ-a səfərindən sonra qapadılmasının təsadüfi olmadığını qeyd edib: “Diqqət yetirsəniz, görərsiniz ki, Rəcəb Tayyib Ərdoğanın ABŞ-dakı görüşləri vaxtı 2 ildən bəri məhkəmədə gözləyən DTP qovluğu birdən-birə gündəliyə gəldi və DTP qapadıldı. Yəni burada ABŞ-la birgə addım atıldığı çox açıq-aşkar və qətidir. ABŞ-ın da istəyi PKK-nın varlığına son qoymaqdır. İndiyə qədər DTP və ondan əvvəlki partiyalar Məclisə heç bir ciddi layihə gətirmədi. Onlar sadəcə “Apo” və “PKK” dedilər. Belə siyasi partiya olmaz. ”Açılım” prosesində nə istədiklərini bilməyərək terror təşkilatına sözçülük etdilər. Dünyanın hər yerində bu cür təşkilatlar qapadılır. Ona görə də Avropa və ABŞ-dan bir neçə “xala-xətrin qalmasın” açıqlama olacaq. Bundan sonra PKK-nın varlığına son qoyulmasından söhbət gedəcək. ABŞ onları “heroin qaçaqçısı” elan etdiyinə görə xilas olmaq şansları da yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR