Bank Of Baku

Əhməd Türk DTP-dən seçilmiş millət vəkillərinin parlamenti boykot edəcəklərini açıqlayıb

Əhməd Türk DTP-dən seçilmiş millət vəkillərinin parlamenti boykot edəcəklərini açıqlayıb
# 12 dekabr 2009 11:42 (UTC +04:00)
Bakı-APA. Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən fəaliyyəti dayandırılan Demokratik Toplum Partiyasından olan millət vəkilləri parlamentin işini boykot edəcəklər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə DTP həmsədri Əhməd Türk məlumat verib. O özünün və Aysel Tuğluğun millət vəkili statusu ləğv olunduqdan sonra sabiq partiyasının parlamentdə fraksiya qurmaq imkanına sahib olmadığını bildirib. ÖDEP başqanı Ufuk Urasın qatılması ilə yeni fraksiya qurulması imkanını dəyərləndirən Əhməd Türk qeyd edib ki, DTP millət vəkilləri çıxarılan qərara etiraz olaraq parlamentin işində iştirak etməyəcəklər: “Bizim millət vəkilləri istefa vermək niyyətində deyillər, sadəcə artıq parlamentin işində iştirak etməyəcəyik”.

Əhməd Türk Konstitusiya Məhkəməsinin qərarının hüquqi deyil, siyasi qərar olduğunu bildirib: “Leyla Zana bu partiyanın qurucularından deyil. O partiyamıza üzv qəbul olunmuşdu, lakin prokurorun qaldırdığı iddianın təmin olunması nəticəsində siyasi fəaliyyətinə yasaq qoyulan Leyla Zana DTP-nin sıravi üzvlüyündən çıxarıldı. O bizim heç bir toplantımızda, keçirdiyimiz aksiyalarda iştirak etməyib. Lakin Konstitusiya Məhkəməsinin qərarında partiyanın fəaliyyətinin qadağan olunmasında Leyla Zananın əməlləri də əsas götürülüb. Bu düzgün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR