Bank Of Baku

Alqan Hacaloğlu: “Avropa İnsan Haqları Məhkəməsi DTP-nin şikayətini rədd edəcək”

Alqan Hacaloğlu: “Avropa İnsan Haqları Məhkəməsi DTP-nin şikayətini rədd edəcək”
# 12 dekabr 2009 11:58 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. “Konstitusiya Məhkəməsi müstəqildir və bir hökm verib. Kaş ki, o hökmü verməyəydi. Ancaq bu hökm veriləndən sonra hamımız ona hörmətlə yanaşmalıyıq”.

Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında müxalifətdəki Cümhuriyyət Xalq Partiyası baş katibinin müavini, keçmiş dövlət naziri, İstanbul millət vəkili Alqan Hacaloğlu deyib.

A.Hacaloğlu bildirib ki, qərarda DTP-nin “terror fəaliyyətlərinin mərkəzi” halına gəldiyi göstərilib: “DTP haqqında Konstitusiya Məhkəməsindəki proses bu partiyanın 2007-ci ilə qədərki fəaliyyətini əks etdirən dəlillər əsasında başlanıb. Bu proses son hadisələri ehtiva etmir. Məhkəmənin bu hökmünün AB-nin Venesiya kriteriyalarına uyğun olub-olmamasına dair mübahisələr aparılmaqdadır, ancaq bu hökmdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilməsi halında, buna oxşayan digər proseslərdə olduğu kimi, bu şikayətin də rədd ediləcəyini düşünürəm. Ümid edirik ki, Türkiyədə sülhün davam etməsi üçün hər kəs papağını yenidən qabağına qoyub düşünəcək. Siyasət hər kəsə açıq olmalıdır, ancaq heç kim terrordan mədəd ummamalıdır”.

Türkiyə Cümhuriyyətinin güclü dövlət olduğunu vurğulayan A.Hacaloğlu Konstitusiya Məhkəməsinin hökmünün bu səpkili qərarlar silsiləsindən axırıncısı olmasını arzuladığını vurğulayıb: “Ölkəmizdə hər mənşədən olan vətəndaşları qucaqlamaq bizim partiyamızın əsas vəzifəsidir. Bunlar səhv ediblər və bu səhv ən yüksək məhkəmə tərəfindən təsdiq edildi. O partiyanın bəzi millət vəkilləri “Partiyamız qapadılarsa, tərəfdarlarımız bizim dağa çıxmağımızı tələb edəcək” şəklində heç kimin qəbul edə bilməyəcəyi bəyanatlar verirdilər. Demokratik rejimlərdə belə şey mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR