Bank Of Baku

DTP-nin yürütdüyü siyasətin bir ucu Kandildə, bir ucu İmralıda idi-Oqtay Ekşi

DTP-nin yürütdüyü siyasətin bir ucu Kandildə, bir ucu İmralıda idi-Oqtay Ekşi
# 12 dekabr 2009 14:47 (UTC +04:00)
- Türkiyədə Demokratik Toplum Partiyasınınq apadılması ilə bağlı qərarı necə qiymətləndirirsiniz?

-Konstitusiya məhkəməsinin qərarının hüquqi nöqteyi-nəzərdən tənqid ediləcək bir tərəfi olduğunu zənn etmirəm. Baş prokuror DTP ilə bağlı 141 səbəb göstərərək, Konstitusiya Məhkəməsinə partiyanın qapadılması üçün şikayət ərizəsi vermişdi-bunların hamısı çox önəmli səbəblər idi. Məhkəmə DTP-nin qapadılması qərarını yekdilliklə dəstəklədi, demək ki, məhkəmə üzvləri partiyanın qapadılmasında heç bir tərəddüd göstərməyiblər. Deyəsən, DTP-nin liderləri bir vaxtlar verdikləri bəyanatların bu şəkildə nəticələnəcəyini bilirdilər. Bu, ilk növbədə, hüquqi bir qərardır. Ancaq, əlbəttə ki, bunun siyasi nəticələri olacaq. Bunu gələcəkdə görəcəyik. DTP-nin həm hal-hazırda Məclisdə olan mənsubları, həm də partiyanın idarəçiləri Konstitusiyanın və qanunların çərçivəsində siyasətlə məşğul olmağı öyrənərlərsə, bu , onlar üçün də faydalı olacaq. Yox, əgər özlərini qayda-qanunların üstündə görüb, qanunları özlərinə uyğun vəziyyətə gətirmək istəyərlərsə, başlarını yenə belə bir divara vuracaqlarını indidən görmələri lazımdır. Məncə, bu son qərar onlar üçün dərs mahiyyətində olduğu ölçüdə faydalıdır.

-Sizcə, 20 ildən bəri siyasi və hüquqi sistemlə mübarizə edən bu adamlar regional siyasətdən vaz keçib Türkiyə miqyasında siyasətlə məşğul olacaqlarmı?

- Mən də onların ağıllı yoldan getmələrinin lüzumundan bəhs edirəm. Ancaq təəssüf ki, onlar müstəqil siyasət yürütmə qabiliyyətindən məhrumdurlar. Bunlar öz siyasi mesajlarının bir ucunu Kandil dağından, digər ucunu İmralıdan alırlar. Siyasi çizgilərini bu şəkildə müəyyənləşdirdiklərinə görə, bu adamlar Türkiyənin ehtiyaclarına görə yox, Kandil dağının mənafeyinə və ya İmralının gözləntilərinə uyğun siyasət yürüdürlər. Siyasi həyatda bu şəkildə yer tutduqlarına görə, nəticəsi də belə olur. Hər şeydən əvvəl, bu adamların özlərinin müstəqilləşmələri və özlərinə uyğun siyasi çizgi yaratmaları lazımdır.

-Daha əvvəlki açıqlamalarında “terror təşkilatının bölgədən təmizlənməsini ABŞ istəyir” demişdiniz. Konstitusiya Məhkəməsinin dünənki qərarı terror təşkilatının bölgədəki varlığına son qoymaq üçün verilən bir mesaj da ola bilərmi?

-ABŞ-ın İraqdan cıxmazdan əvvəl terror təşkilatının bölgədəki varlığına son qoymaq istəməsi anlaşılmaqdadır. Bunu inkar etmək mümkün deyil. Ancaq ABŞ bunu Türkiyəni rahatlatmaq naminə etmir-bunu düşünmək sadəlövlük olardı. ABŞ bu addımı, hər şeydən əvvəl, Şimali İraqda öz mənafelərinin gözətçisi olan Məsut Bərzaninin rahatlaya bilməsi üçün atır. Terror təşkilatı hazırda ən zəif dövrünü yaşayır. Ancaq Türkiyədə cərəyan edən son proseslər terror təşkilatının öz çirkin niyyətlərindən əl çəkmədiyini də göstərdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR