Bank Of Baku

Türkiyənin Muş vilayətində iğtişaş törədən PKK tərəfdarlarına yerli sakinin atəş açması nəticəsində 2 nəfər ölüb

Türkiyənin Muş vilayətində iğtişaş törədən PKK tərəfdarlarına yerli sakinin atəş açması nəticəsində 2 nəfər ölüb
# 15 dekabr 2009 13:11 (UTC +04:00)
Bakı – APA. PKK terror təşkilatının siyasi qolu olan və Türkiyə Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilən etnik kürdlərdən ibarət Demokratik Toplum (Cəmiyyət) Partiyası (DTP) üzvlərinin Muş vilayətində törətdikləri iğtişaş zamanı 2 nəfər ölüb. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dekabrın 15-də səhər DTP-nin Muşun Bulanık qəsəbə təşkilatının ofisinin qarşısına toplaşan təxminən 1500 nəfər polisi, ətrafdakı iş yerlərini və ofisləri daşa basıb. Bəzi ofislərin və bank şöbələrinin pəncərələri qırılıb. Polis PKK tərəfdarlarını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Bir qəsəbə sakini avtomobilini əzən və dükanını daşa basaraq yandırmağa cəhd göstərən şəxslərin üzərinə “Kalaşnikov” avtomatından atəş açıb. Nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb. İğtişaşın qarşısını almaq üçün Muşa ətraf rayonlardan əlavə polis qüvvələri göndərilib.

Xatırladaq ki, bir müddətdir terror təşkilatının lideri Abdulla Öcalanın saxlanma şəraitini bəhanə edərək Türkiyənin müxtəlif şəhərlərində iğtişaşlar törədən PKK tərəfdarları indi də DTP-nin qapadılmasını əsas gətirərək bu əməllərini davam etdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR