Bank Of Baku

Benita Ferrero-Valdner: “Keçmiş sovet ölkələri hələ Avropa Birliyinə üzvlük üçün yetişməyiblər”

Benita Ferrero-Valdner: “Keçmiş sovet ölkələri hələ Avropa Birliyinə üzvlük üçün yetişməyiblər”
# 15 dekabr 2009 14:31 (UTC +04:00)
Bakı – APA. “Keçmiş sovet ölkələri hələ Avropa Birliyinə üzvlük üçün yetişməyiblər, lakin gələcəkdə bu, istisna olunmur”. APA-nın xəbərinə görə, bunu “Azadlıq” radiosuna müsahibəsində Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner deyib. O, keçmiş sovet respublikalarına AB ilə yaxınlaşmaq üçün maksimum imkan yaratmağa çalışdıqlarını söyləyib: “Lakin hələlik yetişməyən bir məsələ var. Bu, həmin ölkələrin Avropa Birliyinə üzv olması məsələsidir. Həmişə demişik ki, hazırkı məqamda biz nə təklif edə biliriksə, onu alın, irəli sürdüyümüz meyarlara uyğunlaşmağa çalışın və daha sıx münasibət yaratmaq imkanından istifadə edin. İndi biz üzvlüklə bağlı suala dəqiq cavab verə bilmərik, eyni zamanda gələcəkdə belə bir imkanı da istisna etmirik”.

B. Ferrero-Valdner bəyan edib ki, AB öz şərq tərəfdaşları ilə təmaslarında ardıcıl olaraq insan haqları, demokratiya və qanunun aliliyi sahələrində islahatların zəruriliyini diqqətə çatdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR