Bank Of Baku

Türkiyədə ləğv olunmuş kürd partiyasının deputatları Abdulla Öcalanın çağırışından sonra parlamentə qayıdıblar

Türkiyədə ləğv olunmuş kürd partiyasının deputatları Abdulla Öcalanın çağırışından sonra parlamentə qayıdıblar
# 18 dekabr 2009 14:09 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən yaydığı xəbərə görə, bunu keçmiş DTP-nin lideri, siyasi fəaliyyətinə KM tərəfindən 5 il müddətinə qadağa qoyulan və millət vəkili mandatından məhrum edilən Əhməd Türk açıqlayıb. O, DTP üzvlərinin və partiyanın 19 millət vəkilinin öz fəaliyyətlərini Barış və Demokratiya Partiyasında (BDP) davam etdirəcəyini bəyan edib: “İndiyədək 6 siyasi partiyamız qapadıldığı halda, hələ də demokratik yollar axtarmağımız yaxşı təhlil olunmalı və qiymətləndirilməlidir. Dünyada elə bir siyasi qüvvə yoxdur ki, 6 partiyası qapadıldıqdan sonra bunu etsin. Bu, bizim zorakılığı deyil, sülh yolunu müdafiə etdiyimizi açıq şəkildə göstərir. Bütün haqsızlıqlara baxmayaraq, xalqımız mübarizəni parlamentdə aparmağımızı istədi. Çərşənbə günü vəkilləri ilə görüşən Abdulla Öcalan da parlamentdə demokratik mübarizədən vaz keçilməməsini istədi. İndi bizim vəzifəmiz BDP-ni gücləndirməkdir”.

Qeyd edək ki, dekabrın 16-da ömürlük həbs həyatı keçirdiyi İmralı adasında vəkilləri ilə görüşən PKK terror təşkilatının lideri Abdulla Öcalan keçmiş DTP-nin millət vəkillərinin istefa qərarı ilə razılaşmayıb: “Məncə hələlik istefa mərhələsinə gəlinməyib. Məclisə dönüb, demokratik siyasəti inkişaf etdirə bilərlər. Millət vəkilləri parlamentdən yaxşı istifadə etməlidir”.

Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsi dekabrın 11-də Demokratik Toplum Partiyasının fəaliyyətinə xitam verib. Səbəb bu partiyanın dövlətin bütövlüyü və millətinə birliyi əleyhinə fəaliyyəti, həmçinin PKK terror təşkilatı ilə sıx əlaqəsidir. KM DTP-nin sədri Əhməd Türk və partiyanın liderlərindən biri olan Aysel Tuğluku deputatlıqdan məhrum edib. Ə. Türk və A. Tuğluk da daxil olmaqla, 37 DTP üzvünün siyasi fəaliyyəti 5 il müddətinə yasaqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR