Bank Of Baku

Britaniya Kraliçası tətilə ictimai nəqliyyatla gedib

Britaniya Kraliçası tətilə ictimai nəqliyyatla gedib
# 19 dekabr 2009 09:08 (UTC +04:00)
London – APA. Böyük Britaniyanın kraliçası II Yelizaveta Milad bayramı ilə bağlı təltilə ictimai nəqliyyatla yola düşüb. APA-nın «Daily Mail» qəzetinə istinadən verdiyi məlumata görə, kraliça, onun katibi və mühafizəsi ötən gün Londondan yola düşən «First Capital Connect» I sinif qatarının vaqonuna minib.

Qeyd edək ki, 8 nəfərlik lüks salonda hərəkət edən və heç bir əlavə imtiyazdan istifadə etməyən qrupu digər sərnişinlərdən yalnız şüşəli bir qapı ayırıb. Biletlər isə 1 sərnişin üçün 45 funt (təxminən 60 manat) qiyməti ilə alınıb. Halbuki bu cür ölkə daxili səfərlər üçün Bukingem Sarayının sərəncamında xüsusi qatar mövcuddur və onun depo hər çıxışı təxminən 57 min funta başa gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR