Bank Of Baku

Türkiyədə məscid minarəsi evin üstünə aşıb, 4 nəfər ölüb

Türkiyədə məscid minarəsi evin üstünə aşıb, 4 nəfər ölüb
# 19 dekabr 2009 10:21 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Balıkəsir vilayətinin Dursunbəy rayonunun Yuxarı Yağçılar kəndində məscid minarəsinin aşması faciəyə səbəb olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, minarənin məscidin yanındakı evin üzərinə aşması nəticəsində evdə olan 8 nəfərdən 4-ü ölüb, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ölənlərin 76 yaşlı Hüseyn Acaroğlu, 52 yaşlı Ramazan Avcı, 63 yaşlı Əli Aslantaş və 67 yaşlı Naim Başar olduğu bildirilir.

Dağıntılar altından çıxarılan yaralılardan 2-si isə xəstəxanaya çatdırılıb.

Hadisənin bir neçə gündür davam edən şiddətli yağış və fırtına səbəbindən baş verdiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR