Bank Of Baku

Türkiyənin dövlət nazirinə sui-qəsdlə bağlı yeni təfərrüatlar ortaya çıxıb

Türkiyənin dövlət nazirinə sui-qəsdlə bağlı yeni təfərrüatlar ortaya çıxıb
# 22 dekabr 2009 21:34 (UTC +04:00)
Bakı-APA. Türkiyənin dövlət naziri Bülənt Arınca sui-qəsd edilməsilə bağlı aparılan araşdırmada yeni təfərrüatlar ortaya çıxıb. APA-nın “CNN Turk”ə istinadən verdiyi xəbərə görə, Bülənt Arıncın yaşadığı küçədə saxlanılan iki zabitin evində aparılan axtarış zamanı Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla bağlı şəxsi məlumatlar aşkarlanıb.

Məlumata görə, axtarış aparılmış evlərdə bəzi nazirlər və millət vəkilləri ilə bağlı məlumatlar da tapılıb. Məlumatda o da bildirilir ki, aşkar olunmuş sənədlər arasında Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinin evinin sxemi də olub.

Qeyd edək ki, B. Arıncın yaşadığı küçədə yaxalanmış iki zabitdən biri polis tərəfindən saxlanarkən əlindəki kağızı udmağa çalışıb. Polisin onun əlindən aldığı kağız parçasında B. Arıncın yaşadığı evin sxeminin əks olunduğuna dair məlumatlar var. Lakin həmin zabitlər sonradan sərbəst buraxılıblar.

Məsələyə münasibət bildirən baş nazir Ərdoğan isə baş verənləri “vahiməli və düşündürücü” adlandırıb: “Amma siyasətlə məşğul olmağa qərar vermiş insanlar belə şeylərin olacağını əvvəlcədən bilirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR