Bank Of Baku

ATƏT-in 2010-cu il üçün büdcəsi qəbul edilib

ATƏT-in 2010-cu il üçün büdcəsi qəbul edilib
# 23 dekabr 2009 15:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in 2010-cu il üçün vahid büdcəsi qəbul edilib. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-cu ildə təşkilatın büdcəsi 150 milyon 765 min avro həcmində müəyyənləşdirilib. Gələn il qurumda sədrlik edəcək Qazaxıstanın ATƏT-dəki səfiri qərarın ATƏT-in uğuru olduğunu deyib: “Büdcənin vaxtında qəbul olunması sabitliyin, inkişafın və demokratiyanın dəstəklənməsi işini davam etdirməyə əsas verəcək”.

Xatırladaq ki, ATƏT-in 2009-cu il büdcəsi təşkilat daxilindəki fikir ayrılıqları ilə əlaqədar 2010-cu ilin aprelində qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR