Bank Of Baku

Türkiyədə PKK terror təşkilatına yaxınlığına görə 8 bələdiyyə sədri həbs edilib

Türkiyədə PKK terror təşkilatına yaxınlığına görə 8 bələdiyyə sədri həbs edilib
# 24 dekabr 2009 14:21 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Diyarbəkir Cümhuriyyət Prokurorluğunda PKK terror təşkilatının siyasi qollarından biri olan “Kürdüstan Cəmiyyətlər Birliyi – Türkiyə Məclisi” adlı qurum haqqında aparılan təhqiqat çərçivəsində 11 rayonda eyni anda əməliyyat tədbirləri həyata keçirilib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 31 nəfər həbs edilib. Həbs olunanlardan 8-i keçmiş Demokratik Toplum Partiyasının (DTP), hazırda isə Barış və Demokratiya Partiyasının (BDP) üzvü olan bələdiyyə sədrləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR