Bank Of Baku

Türkiyənin ABŞ-dakı yeni səfirinin adı açıqlanıb

Türkiyənin ABŞ-dakı yeni səfirinin adı açıqlanıb
# 24 dekabr 2009 18:39 (UTC +04:00)
APA-nın “CNN-Turk”ə istinadən verdiyi məlumata görə, Nəbi Şənsoyun istefasından sonra başsız qalmış diplomatik nümayəndəliyə bundan sonra Namiq Tan rəhbərlik edəcək.

Türkiyə Xarici İşlər Nazirliyində aparat rəhbərinin müavini vəzifəsində çalışan N. Tanın səfir postuna rəsmi təyinatının yaxın günlərdə açıqlanacağı bildirilir. N. Tan əvvəllər də Türkiyənin ABŞ-dakı səfirliyində çalışıb. XİN-dəki vəzifəsindən əvvəl isə o, Türkiyənin İsraildəki səfiri olub.

Xatırladaq ki, N. Şənsoyun istefasına baş nazir Rəcəb Tayyib Ərdoğanın bu il dekabrın 7-də ABŞ-a səfəri zamanı onunla xarici işlər naziri Əhməd Davudoğlu arasında baş vermiş narazılıq səbəb olub. Belə ki, Ərdoğanın ABŞ-a səfərindən əvvəl Türkiyə XİN səfir N. Şənsoya Ərdoğan-Obama görüşünə xarici siyasət idarələri rəhbərlərinin də qatılmasını təmin etmək və Ankaranın bu istəyini ABŞ tərəfinə çatdırmaq barədə təlimat verib. Lakin Ağ Evdəki görüş Türkiyənin istədiyi formatda gerçəkləşməyib. Ə. Davudoğlu N. Şənsoydan sərt tonda “Türkiyədəki görüşə xarici işlər nazirləri də qatılmışdı. Siz bu istəyimizi Ağ Evə çatdırmadınızmı?” deyə soruşub. Nazirin səs tonundan narahat olan səfir ”Xeyr, çatdırmadıq. İstəyirsiniz məni bu vəzifədən çıxarın”, cavabını verib. Bu dialoqdan sonra N. Şənsoy istefa ərizəsi yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR