Bank Of Baku

Türkiyə baş nazirinin müavininə sui-qəsd iddiası ilə saxlanılan 8 hərbçi sərbəst buraxılıb - FOTO

Türkiyə baş nazirinin müavininə sui-qəsd iddiası ilə saxlanılan 8 hərbçi sərbəst buraxılıb - <font color=red>FOTO</font>
# 30 dekabr 2009 07:21 (UTC +04:00)
Bakı – APA. Türkiyədə baş nazirin müavini Bülənt Arınça sui-qəsd iddiası ilə aparılan istintaq çərçivəsində dekabrın 26-da saxlanılan 8 hərbçi sərbəst buraxılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Səfərbərlik İdarəsinin Ankara bölgə idarəsində başlanan axtarış zamanı saxlanılan və aralarında 2 polkovnik, 1 mayorun da olduğu 8 hərbçi dekabrın 29-da prokuror tərəfindən dindirilib. Altı saat yarımlıq dindirmədən sonra prokuror 5 hərbçini azad edib, 3-nü isə həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə göndərib. Lakin məhkəmə bu 3 zabitin də azadlığa buraxılmasına qərar verib.

Xatırladaq ki, dekabrın 19-da baş nazirin müavini Bülənt Arınçın paytaxt Ankaranın Çuxurambar məhəlləsində yerləşən evinin yaxınlığında ordunun polkovnik və mayor rütbəli 2 zabiti polis tərəfindən saxlanılıb. Zabitlərdən birinin üzərindən B. Arınçın ev ünvanı yazılmış kağız tapılıb. Baş Qərargah isə bu zabitlərin həmin ərazidə ordunun daxili sirlərini başqalarına ötürən digər zabiti izlədiklərini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR