Bank Of Baku

Bolqarıstanın Türkiyəyə təzminat iddiası 20 milyard dolları keçə bilər

Bolqarıstanın Türkiyəyə təzminat iddiası 20 milyard dolları keçə bilər
# 06 yanvar 2010 00:29 (UTC +04:00)
Xaricdə Yaşayan Soydaşlarla İş üzrə dövlət naziri Bojidar Dimitrov “Reuters”-ə verdiyi açıqlamada bəyan edib ki, yeni faktlar əldə etdikcə, tələb olunacaq təzminatın məbləği 20 milyard dolları keçə bilər. Digər tərəfdən, “AA” müxbirinin əldə etdiyi məlumatlara görə, türklərin Bolqarıstanda qalan sərvətlərinin 200 milyard dollar dəyərində qiymətləndiriləcəyi iddiası da Türkiyə tərəfindən qaldırılar.
Balkanlardan Türkiyəyə köç etmiş türklərin və varislərinin Türkiyədə qurduqları qeyri-hökumət təşkilatı təmsilçiləri araşdırmalar sonucunda belə qərara gəlib ki, bugünkü Bolqarıstan torpaqlarından köç etmiş türklərin və Osmanlı cəmiyyətlərinin sərvətlərinin dəyəri bugünkü Bolqarıstanda 200 milyard dollara yaxındır.
Bolqarıstan tərəfi də məsələ ilə bağlı iddialarını açıqlayarkən, əvvəllər təzminata 10 milyard dollar miqdarında iddia edirdisə, indi 20 milyard ola biləcəyini söyləyir. Nazir Dimitrov “Reuters”-ə açıqlamasında «daha tutarlı faktları əldə edərək, ilin sonunadək Türkiyəyə təqdim edəcəyimizi istisna olunmur», - deyə, əlavə edib.
Belə bir insidentin mövcudluğunu Türkiyənin inkar etmədiyini söyləyən Dimitrov təzminatın miqdarının önəmli olduğunu vurğulayaraq, türk-bolqar komissiyasının toplanacağını da açıqlayıb. O, daha sonra 2300-ə qədər faktın toplandığını, köçkünlərin varislərinin daha minlərlə fakt təqdim edəcəklərini gözlədiklərini deyərək, iddianın 20 milyard dolları keçə biləcəyini bir daha vurğulayib: «Biz kəskin faktları türk tərəfinə təqdim etməyə hazır olanda, türk-bolqar komissiyası toplanacaq və problemin həllinin çözümünə başlayacağıq», - deyə ,o, fikrini tamamlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR