Bank Of Baku

Türkiyə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Türkiyə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
# 06 yanvar 2010 10:44 (UTC +04:00)
APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, Türkiyənin prioritetləri sırasına münaqişələrin qarşısının alınmasında effektivliyin artırılması, sülhməramlılıq, Kipr problemi, humanitar yardım, terrorçuluq, qanunsuz miqrasiya və narkoticarətlə mübarizə, iqlim dəyişkənliyi problemi, insan hüquqları, gender məsələləri və BMT-də islahat aparılması daxildir.

Türkiyə BMT TŞ-nin müasir beynəlxalq reallıqlara cavab verən daha demokratik struktura çevrilməsini istəyir. Baş Assambleyanın islahatına gəlincə, Ankara hesab edir ki, bu struktura etimadın artırılması üçün onun qətnamələrinin yerinə yetirilməsinə dair effektiv mexanizm yaradılmalı və aktual problemlərə dair gündəm müəyyənləşdirilməlidir.

Türkiyə münaqişələrin qarşısının alınması və sülh yaradılması işinin beynəlxalq birlik üçün ən çətin vəzifələrdən biri olduğunu düşünür. Münaqişələrin əngəllənməsini ən vacib vəzifə sayan Ankaranın fikrincə, münaqişədən sonrakı quruculuq da az əhəmiyyətli deyil.

Xatırladaq ki, Türkiyə hazırda BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR