Bank Of Baku

İranın Oslodakı konsulu Tehranda dinc nümayişçilərə güc tətbiq edilməsinə etiraz olaraq istefa verib və Norveçdən siyasi sığınacaq istəyib

İranın Oslodakı konsulu Tehranda dinc nümayişçilərə güc tətbiq edilməsinə etiraz olaraq istefa verib və Norveçdən siyasi sığınacaq istəyib
# 06 yanvar 2010 12:51 (UTC +04:00)
APA-nın “Norway Post” qəzetinə istinadən verdiyi məlumata görə, 3 ildir, konsul vəzifəsində çalışan Məhəmməd Rza Heydəri (Mohammed Reza Heydari) artıq Norveç hökumətinə müraciət edərək siyasi sığınacaq istəyib.

O, yerli mətbuata müsahibəsində vəzifəsindən istefa verməsi və siyasi sığınacaq almaq niyyəti barədə xəbəri təsdiqləyib.

Norveç-İran dəstək komitəsinin rəhbəri Rəhman Saki diplomatın özünün və ailəsinin təhlükəsizliyindən narahat olduqlarını bildirib. “İrana qayıtsa, özü də, ailəsi də ciddi cəzalandırılacaq”, - deyə R. Saki qeyd edib.

İran tərəfi isə məlumatı şərh etməkdən imtina edib, bunu növbəti yalan və dedi-qodu adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR