Bank Of Baku

Fransa məhkəməsi “erməni soyqırımına” etiraz edən deputatlığa namizədin əleyhinə qərar çıxarıb

Fransa məhkəməsi “erməni soyqırımına” etiraz edən deputatlığa namizədin əleyhinə qərar çıxarıb
# 06 yanvar 2010 18:11 (UTC +04:00)
Starsburq. Fuad Qulubəyli-APA. Dünən Fransanın Lion şəhərinin cinayət məhkəməsi diskriminasiya xarakterli qərar çıxarıb. APA-nın Avropa bürosunun xəbərinə görə, məhkəmə türk əsilli Fransa vətəndaşı xanım Sirma Oran Martza qarşı ədalətsiz davranıb.

Belə ki, 2008-ci ildə xanım S. O. Martz Vilurban şəhərində keçirilən yerli seçkilərdə Yaşıllar partiyası adından siyahıya salınıb. Lakin Liondakı erməni diasporunun səyləri nəticəsində adıçəkilən şəhərin sosialist meri Jan Pol Bret xanım Sirmanı otağına çağırıb. Sirmanın türk əsilli olduğunu nəzərə alan mer ondan erməni icması qarşısında rəsmən «erməni soyqırımı»nı tanımağı tələb edib.

Qeyd edək ki, sosialist partiyasının üzvü olan mer «erməni soyqırımı»nın Vilurban şəhərində tanınması istiqamətində böyük canfəşanlıq göstərir. O, Fransa Milli Assambleyasının deputatı olduğu vaxt, Ermənistan-Fransa dostluq qrupuna başçılıq edib.

Merin tələbindən sonra xanım Sirma seçici siyahısını tərk edərək, bu hərəkətin ona qarşı diskriminasiya xarakterli maneə olduğunu əsas götürübvə Jan Pol Bretə qarşı məhkəmə iddiası qaldırıb. 2008-ci ildən bəri davam edən məhkəmə prosesi Fransanın siyasi elitası və ictimaiyyətin diqqət mərkəzində olub. Dünən isə Lion şəhər məhkəməsi nəhayət ki, bu işlə bağlı qərar çıxarıb. Qərar sosialist merin xeyrinədir.

Qeyd edək ki, Fransa 2001-ci ildə rəsmən “erməni soyqırımı”nı tanısa da, soyqırımın inkar edilməsinə dair cinayət məsuliyyətini nəzərdə tutan qanun hələ ki qəbul edilməyib.

Fransa Milli Assambleyası 2005-ci ildə bu cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul edib. Lakin qanunun qüvvəyə minməsi üçün Senatın və Fransa prezidentinin təsdiqindən keçməsi lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR