Bank Of Baku

Fransa soyqırım işləri üçün xüsusi məhkəmə yaradır

Fransa soyqırım işləri üçün xüsusi məhkəmə yaradır
# 07 yanvar 2010 02:59 (UTC +04:00)
Bakı – APA. Fransanın xarici işlər naziri Bernar Kuşner və müdafiə nazirliyinin rəhbəri Mişel Alyo-Mari soyqırım cinayətləri üçün xüsusi məhkəmə yaratmaq barədə planlarını açıqlayıblar.
APA-nın bbc-yə istinadən verdiyi məlumata görə, sözügedən məhkəmə Fransanın hüdudlarından kənarda törədilmiş soyqırım və insanlığa qarşı törədilmiş cinayət işlərinə baxacaq. B. Kuşner və M. Alyo-Mari bu barədə açıqlamanı Fransanın “le Monde” qəzetinə veriblər.
Hazırda Fransa məhkəmələrində Ruandada etnik tutsilərə qarşı törədilən soyqırımda şübhəli bilinənlərə qarşı sayca 12-dən çox işə baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR