Bank Of Baku

Almaniya Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmasına etiraz etməyəcək

Almaniya Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmasına etiraz etməyəcək
# 07 yanvar 2010 16:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Almaniya Türkiyənin Avropa Birliyinə tamhüquqlu üzv qəbul olunmasına etiraz etməyəcək. Amma eyni zamanda biz avrointeqrasiya prosesində nəzərdə tutulmuş islahatların aparılmasında da təkidliyik”. APA-nın məlumatına görə, bunu Ankarada keçirdiyi mətbuat konfransında Almaniyanın xarici işlər naziri Gido Vestervelle deyib. O, Türkiyəni Kipr probleminin nizamlanmasında tərəqqiyə nail olmağa, dini azadlıqları təmin etmək sahəsində öhdəliklərini yerinə yetirməyə, insan haqlarını və KİV azadlığını qorumağa çağırıb.

Xatırladaq ki, Avropa Birliyinə üzv olan bir sıra ölkələrin rəhbərləri, o cümlədən Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikola Sarkozi dəfələrlə Türkiyənin quruma qəbul olunmasına qarşı çıxıblar və Ankaraya imtiyazlı tərəfdaş statusu təklif ediblər. Türkiyə isə bu təklifi qətiyyətlə rədd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR